Agentlik sədri rüsumun yüksək olması fikrinə ETİRAZ edir

Agentlik sədri rüsumun yüksək olması fikrinə

"Məhsulların laboratoriyada yoxlanılması zamanı tələb olunan dövlət rüsumunun yüksək olması fikri ilə razılaşmıram. Çünki dövlət rüsumu yoxlama zamanı istifadə edilən inqridiyentlərin dəyərinə uyğun hesablanır.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Q.Təhməzli bildirib ki, agentlik yaradılana qədər aqrokimyəvi preparatların ekspertizası 10 manata həyata keçirilirdi:

"Lakin bir pestisidin ekspertizası üçün toksikoloji analizlərin maya dəyəri 170 manata başa gəlir. Hazırda həmin məhsulların ekspertizası dövlət tərəfindən qazanc məqsədilə həyata keçirilmir.

Bu ekspertizanın aparılması üçün minimum reaktivlərin maya dəyərini hesablanır. Sahibkarlar üçün təklif edilən rəqəmlər maya dəyərindən çox aşağıdır ki, qalan xərcləri dövlət özü təmin edir. Sahibkarlarımız qonşu ölkələrdə həmin ekspertizaların qiymətinin qat-qat baha olduğunu nəzərə almalıdır".

Q.Təhməzlinin sözlərinə görə, ötən il pambıq tarlasında zəhərlənmə zamanı pambıq, su və aqrokimyəvi preparatların ekspertizası üçün dövlət 100 minlərlə vəsait sərf etdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
638 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...