“Azərişıq” rəsmiləri zəlzələ bölgəsinə getdi

“Azərişıq” rəsmiləri zəlzələ bölgəsinə getdi

Ötən gecə baş vermiş və episentri Şamaxıda yerləşən, gücü 6 bala çatan zəlzələ ilə bağlı “Azərişıq”ASC-nin səlahiyyətli şəxslərindən ibarət qrup bu rayona yola düşüb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo“ya bildirib ki, məqsəd zəlzələ baş vermiş ərazilərdə elektrik enerjisinin təchizatı ilə bağlı meydana çıxa biləcək hər hansı situasiyaya operativ müdaxilə etməkdir. Onun sözlərinə görə, hazırda Şamaxı və zəlzələnin təsirinə məruz qalan digər rayonlarda əhalinin elektrik enerjisi ilə təchizatı fasiləsiz həyata keçirilir.

“Bununla belə əməkdaşlarımız meydana çıxa biləcək hansısa yeni situasiyalarla bağlı tam hazırlıq görüblər, bütün zəruri mal-materiallar da tədarük edilib. Hansısa dayaqların dəyişdirilməsi, kabellərin əvəzlənməsi lazım gələrsə operativ qaydada bu işlər həyata keçiriləcək. O cümlədən hazırda zəlzələnin təsiri ilə qəzalı vəziyyətə düşən tikililərin elektrik xətlərinə baxış keçirilməkdədir” - T.Mustafayev deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
561 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...