"Zəlzələ zamanı fəsadlar yaranan tikililər keyfiyyətsiz materiallarla qanunazidd formada tikiliblər"- Baş direktor

"Zəlzələ zamanı fəsadlar yaranan tikililər keyfiyyətsiz materiallarla qanunazidd formada tikiliblər"-

"Şamaxı-İsmayıllı zonasında dünən baş verən zəlzələdən sonra fəsadlar yaranan tikililər keyfiyyətsiz tikinti materiallarından istifadə olunaraq qanunazidd formada tikiliblər".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, dünən Şamaxı-İsmayıllı zonasında iki güclü təkan qeydə alınıb: "Birinci təkan 5, ikinci təkan 6 bal olub. İkinci təkan insanları təşvişə salıb. Bu gün səhər tezdən hadisə yerində olduq, bir neçə kənddə evlərdə çatlar əmələ gəlib".
Q.Yetirmişli qeyd edib ki, 6 ballıq zəlzələ orta güclü zəlzələdir: "Seysmoloji Xidmət Mərkəzinin Şamaxıda olan stansiyasında da çatlar əmələ gəlib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
576 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...