BŞİH-in yeni idarəsi nə ilə məşğul olacaq?

BŞİH-in yeni idarəsi nə ilə məşğul olacaq?

“Bu cür qurum bir çox ölkələrdə bu və ya digər formada mövcuddur”

Nazirlər Kabinetinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasına dair iki gün əvvəl verdiyi qərar maraq doğurub. Xüsusilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti ilə bağlı tənqidlərin yaranmağa başladığı bir məqamda BŞİH nəzdində yeni qurumun yaradılması rezonansa səbəb olub. Bir çoxları yeni MMC-nin ötən il prezidentin sərəncamı ilə ləğv edilmiş BŞİH Aparatı Memarlıq və Şəhərsalma Baş İdarəsinin funksiyalarını həyata keçirəcəyi fikrindədirlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib. Əmlak Məsələləri Dövlət Komitəsi MMC-nin nizamnaməsini təsdiq etməli və onun dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Onu da qeyd edək ki, yeni qurumun hansı funksiyaları icra edəcəyi maraq doğurur. “Yeni Müsavat”a Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC nə tikintiyə icazələrin verilməsi, nə də birbaşa tikinti-təmir işlərinin aparılması ilə məşğul olmayacaq: “Bu MMC-nin əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq. Cəmiyyətin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib. Bu cür qurum bir çox ölkələrdə bu və ya digər formada mövcuddur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...