İcra başçısı Çanaqçı kəndinin sakinləri ilə görüşdü - FOTOLAR

İcra başçısı Çanaqçı kəndinin sakinləri ilə görüşdü -

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev fevralın 11-də rayonun ucqar dağlıq ərazisində yerləşən Çanaqçı kəndində idarə, müəssisə, təşkilatların, hüquq-mühafizə orqanların rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə sakinlərlə görüş keçirmişdir.

Görüşə gəlmiş Çanaqçı kənd sakinlərini salamlayan Əhəd Abıyev vətəndaşlarla keçirilən hər bir görüşdən məmnun olduğunu, qaldırılan problemlərin və verilən təkliflərin yerinə yetirilməsi üçün aidiyyəti qurumlar tərəfindən konkret və əməli tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. Bildirmişdir ki, Qaraqullar-Çanaqçı, Çanaqçı-Zivlan avtomobil yolunun təmiri, mühüm sosial və mədəni obyektlərin inşası yerli əhalinin böyük razılığına səbəb olmuşdur.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxış edərək Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir. Ötən dövrdə respublikamızda yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələr uğurla icra olunmuşdur.

İcra başçısı vurğulamışdır ki, yol infrastrukturunun yaxşılaşması gözəl təbii şəraiti olan bölgəyə turist axınının xeyli artmasına səbəb olacaqdır. Turizm potensialına malik olan rayonumuzda uzaq dağ kəndlərinin yollarının asvaltlaşdırılması ilə tarixi, mədəni, təbiət abidələri ilə zəngin olan bu ucqar dağ kəndlərə turistlərin gəlişi xeyli artacaqdır.

Əhəd Abıyev 29 yanvar 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində Çanaqçı kəndində modul tipli tam orta məktəbin tikintisinin nəzərdə tutulduğunu sakinlərin diqqətinə çatdıraraq onları təbrik etdi. Bildirdi ki, Dövlət Proqramı hazırlanarkən yerlərdə vətəndaşlar tərəfindən irəli sürülən təkliflər əsas götürülmüşdür.

Sonra rayon İcra Hakimiyyətinin Başçısı istər şəxsi, istərsə də kəndlə bağlı təklifi, müraciəti və şikayəti olan sakinlərə öz müraciətlərini etmələrini xahiş etdi.

Kənd sakinlərindən Qurbanov Pirverdi Əlirza oğlu, Quliyev Xəqani Əli oğlu, Tanrıverdiyeva Lalə Şirvan qızı, Məmmədov Ramiz İlyas oğlu çıxışlarında qeyd etmişlər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik diqqəti və qayğısı nəticəsində ölkə əhalisinin rifah halı gündən-günə yaxşılaşır. Bunu gündəlik həyatlarında açıq-aşkar hiss edirlər.

Kənd sakinlərini onları narahat edən məsələlər barədə də fikir və təkliflərini bildirmiş, problemlərin həlli ilə əlaqədar müraciət etmişlər.

Müraciətlər işlə təmin olunma, kəndə təbii qaz xəttinin çəkilməsi, vətəndaşın həyətində olan əyilmiş elektrik dayağının dəyişdirilməsi, kənd tibb məntəqəsinin təmir olunması, eləcə də digər şəxsi məsələlər olmuşdur.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tövsiyə və tapşırıqlarını vermişdir. Təkliflərin əksəriyyəti yerində həll olunmuş, bəzilərin həlli üçün aidiyyəti üzrə müraciətlərin edilməsi tapşırılmışdır.


İcra başçısı Çanaqçı kəndinin sakinləri ilə görüşdü -
İcra başçısı Çanaqçı kəndinin sakinləri ilə görüşdü -
İcra başçısı Çanaqçı kəndinin sakinləri ilə görüşdü -
İcra başçısı Çanaqçı kəndinin sakinləri ilə görüşdü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...