Ümid qəsəbəsində səyyar qəbul keçirilib - FOTOLAR

Ümid qəsəbəsində səyyar qəbul keçirilib -

Qaradağ Rayonu İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun rayonun Ümid qəsəbəsinin sakinləri ilə, habelə qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə növbəti görüşü - səyyar qəbulu keçirilib.

Qurumdan GUNDEMİNFO.AZ-a verilən məlumata görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 130-dən çox qəsəbədə sakinləri, qəsəbədə məskunlaşan məcburi köçkünlər də iştirak edib.

Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz minnətdarlıqlarını bildirib, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında danışıblar. Qəsəbə sakinlərindən 14 nəfəri fərdi qaydada dinlənilib.

Sakinləri narahat edən problemlər dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


Ümid qəsəbəsində səyyar qəbul keçirilib -
Ümid qəsəbəsində səyyar qəbul keçirilib -
Ümid qəsəbəsində səyyar qəbul keçirilib -
Ümid qəsəbəsində səyyar qəbul keçirilib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...