Bakı-Ələt-Astara-İran yolu bu ilin sonunda ödənişli olacaq

Bakı-Ələt-Astara-İran yolu bu ilin sonunda ödənişli olacaq

Bakı-Ələt-Astara-İran sərhəddi avtomobil yolu bu ilin sonundan ödənişli olacaq. Modern.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, artıq yolun ödənişli olması ilə bağlı lazımi tədbirlər görülüb:

"Bu yolun əvvəlcə ödənişli yol olması müəyyən edilməmişdi. Sonradan qərara alındı ki, eyni yola alternativ yol var və ona görə də yeni yol ödənişli ola bilər. Bununla bağlı biz aidiyyəti qurumlara təklif vermişik. Təklif cənab Prezident və Nazirlər Kabineti tərəfindən qəbul olunub. Yəqin ki, bu ilin sonuna qədər həmin yolun 172 kilometrlik hissəsi ödənişli yol kimi xalqa xidmət edəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
857 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...