BDU müəllimləri Türkiyə səfərindən dönüblər

BDU müəllimləri Türkiyə səfərindən dönüblər


Bakı Dövlət Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) anlaşmasına əsasən Jurnalistika fakültəsinin bir qrup müəllimi Radio və televiziya jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimovanın rəhbərliyi ilə 17-27 avqust tarixlərində Türkiyə Respublikasında səfərdə olublar. Bu barədə GUNDEMİNFO.AZ-a ali məktəbin mətbuat xidmətindən məlumat verilib.

Rektor, akademik Abel Məhərrəmov səfərdən dönən nümayəndə heyətini qəbul edib. Görüşlər barədə ətraflı məlumat verən dosent Aynur Kərimova bildirib ki, nümayəndə heyəti səfər müddətində dövlət universitetlərindən İstanbul, Qazi və Ankara, o cümlədən Bahçeşehir, Yeditepe, Kadir Has və Başkent kimi özəl universitetlərdə olublar. Adıçəkilən universitetlərin rektorları, iletişim fakültələrinin rəhbərləri və müəllimlərlə keçirilən görüşlərdə tədris proqramları, fənnin tədris metodikası müzakirə olunub, gələcək əməkdaşlıq məsələləri təhlil edilib. Müəllimlər həmçinin bu ali təhsil ocaqlarının maddi-texniki bazası, iletişim fakültələrinin teleradio, foto, dizayn studiyaları ilə yaxından tanış olublar.

Rektor, akademik Abel Məhərrəmov nümayəndə heyətinin keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edərək bütün bunların jurnalistika fakültəsində aparılacaq islahatlara müsbət təsir göstərəcəyini qeyd edib. Xatırladaq ki, nümayəndə heyəti səfər zamanı həmçinin TRT İstabul və Ankara bürolarında, Anadolu Ajansında olub, Qazi Universitetində TRT baş direktoru Şenol Göka, Gazi Universiteti rektor yardımcısı Mehmet Türker və Gazi Universitetinin İletişim fakültəsinin dekanı Zakir Avşarın iştirakı ilə keçirilən konfransa da qatılıblar.


BDU müəllimləri Türkiyə səfərindən dönüblər
BDU müəllimləri Türkiyə səfərindən dönüblər
BDU müəllimləri Türkiyə səfərindən dönüblər
BDU müəllimləri Türkiyə səfərindən dönüblər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...