Sevgilisi məmura 8 martda "Porsche" bağışladı, onu çıxılmaz vəziyyətə saldı

Sevgilisi məmura 8 martda "Porsche" bağışladı,

Tatarıstan Respublikasının İnvestisiya inkişafı agentliyinin rəhbəri Taliyə Minullina Beynəlxalq qadınlar günü münasibətilə ona bağışlanmış “Porsche” avtomobilindən imtina edib. Virtualaz.org “Tatar-İnform” agentliyinə istinadən xəbər verir ki, qadının sözlərinə görə, maşın ona sevgilisinin hədiyyəsidir.

Məmur jurnalistlərə bildirib ki, sevgilisindən maşını satmağı xahiş edib. “Hədiyyə ediblər, bəli. Amma mən götürmədim”, - o deyib.

Qadının sözlərinə görə, ona hazırda şəxsi avtomobil lazım deyil: daim işdədir, tez-tez ezamiyyətlərə gedir. “İqtisadi cəhətdən bu, məqsədəuyğun deyil! Ona tapşırdım ki, maşını satsın və Tatarıstana sərmayə qoysun. Bu, mənim üçün ən böyük hədiyyə olar”, - Minullina qeyd edib.

Bildirildiyinə görə, bahalı hədiyyə haqqında qadın məmur ilk dəfə jurnalistlərə deyil, məşhur teleaparıcı Leonid Yakuboviçə danışıb. “Pole çudes” verilişinin aparıcısını Tatarıstana respublika hökumətində işləyən qadınları təbrik etmək üçün çağırıbmışlar. Yakuboviç qadından doğrudanmı onun bu cür bahalı hədiyyə bağışlayan sevgilisinin olduğunu xəbər alıb. “Əlbəttə. “Porsche” bağışlayıb, amma onu necə qeydiyyatdan keçirəcəyimi bilmirəm. Çünki mənə olmaz”, - Minullina cavab verib. Buna qarşılıq olaraq Yakuboviç qadın məmurdan sevgilisinin ünvanını istəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...