İcra başçısı körpələr evində Novruz şənliyində - (FOTOLAR)

Novruz gəlir, yaz gəlir:

Şəhər 5 saylı körpələr evi-uşaq bağçasının uşaqları bayram tonqalı ətrafında
İcra başçısı körpələr evində Novruz şənliyində -

Şıxarxda məcburi köçkünlər üçün yeni inşa edilmiş qəsəbədə yerləşən 280 yerlik şəhər 5 saylı körpələr evi-uşaq bağçasının kollektivi Novruz şənliyinə xüsusi hazırlaşmışdılar. Bağçanın girişində tonqal çatılmış, ocaqda uşaqlar üçün nənələri buğda qovurur, kətə bişirir, əsil bayram əhval-ruhiyyəsi duyulurdu. Zal başdan-başa Novruz simvolları ilə bəzədilmiş, gül-çiçək, Novruz şirniyyatları süfrəyə düzülmüşdür. Uşaqlarla bərabər milli paltar geyinmiş bağçanın kollektivi də qonaqlarda xoş Novruz ovqatı yaratdılar.

İlk sözü bağçanın müdiri Nigar Məmmədova dedi. O, tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edərək, balacalara xoş arzularını bildirdi. Onlara sülh, əmin-amanlıq dilədi. Sonra söz balaca fidanlara verildi. Balacalar oxudular, oynadılar, səhnəcik göstərdilər. Məclisə kosa və keçəlin, şən klounların gəlişi, sehirbaz əminin sehirli nömrələri uşaqlarla bərabər böyükləri də əyləndirdi, balacalar keçəllə yumurta döyüşdürüb, kosaya pay tutdular.

Uşaqları təbrik edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı qəsəbədə yaşayan məcburi köçkün soydaşlarımızı, bağçada tərbiyə alan uşaqları bayram münasibəti ilə təbrik etdi. Onlara tezliklə bayram tonqallarını işğaldan azad olunan torpaqlarımızda çatmalarını arzu etdi.

Şənlik bayram tonqalının ətrafında davam etdirildi.

Sazda çalınan musiqinin sədaları altında balacalar yallı getdilər.

Rayon rəhbəri balacalara hədiyyələr payladı. Novruz şənliyi xoş əhval-ruhiyyə ilə başa çatdı.
İcra başçısı körpələr evində Novruz şənliyində -
İcra başçısı körpələr evində Novruz şənliyində -
İcra başçısı körpələr evində Novruz şənliyində -
İcra başçısı körpələr evində Novruz şənliyində -
İcra başçısı körpələr evində Novruz şənliyində -
İcra başçısı körpələr evində Novruz şənliyində -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...