Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib

Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib

Baharın gəlişi cəbhə bölgəsi olan Tərtərdə böyük sevinc hissi ilə qeyd olunur.

Gundeminfo.az xəbər verir ki, bölgə müxbiri xəbər verir ki, martın 18-də Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib. Bayramsayağı bəzədilmiş meydanda xonçalar və səmənilər düzülüb, məktəblilərin əl işləri, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilib.

Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər. N saylı hərbi hissənin əsgərlərinin də iştirak etdiyi tədbirdə tonqal qalanıb, gənc idmançıların, kəndirbazların, nağara ifaçılarının çıxışları, dirədöymə, kəndirdartma, xoruz döyüşdürmə, "Kilimarası", "Maral" kimi müxtəlif oyunlar maraqla qarşılanıb.

Dədə Qorqud və Bahar qız milli geyimli atlıların müşayiəti ilə meydana daxil olaraq, bayram iştirakçılarına təbriklərini çatdırıblar. Kosa və Keçəlin zarafatları iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb. Bildirilib ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. BMT-nin Baş Assambleyası tərəfindən martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Xalqımızın ən qədim və milli bayramı olan Novruz bu günlərdə ölkəmizin hər yerində sonsuz sevinc və xoş əhval-ruhiyyə ilə qeyd olunur.

M.Məmmədov rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, aparılan geniş tikinti-quruculuq işlərindən də söz açıb. Qeyd edib ki, dövlətimizin qayğısı və tərtərlilərin fədakarlığı sayəsində Tərtər gündən-günə gözəlləşir, müasirləşir.

Rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən şəxslərə, xidmətdə fərqlənən hərbçilərə hədiyyələr, fəxri fərmanlar və bayram sovqatı təqdim olunub. Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.

Aztəminatlı ailələrə və məcburi köçkünlər üçün salınmış 1170 ailəlik yaşayış kompleksində məskunlaşan şəhid ailələrinə bayram sovqatı paylanılıb.


Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib
Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib
Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib
Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...