“BakuBus”ın avtobusu qəzaya uğrayıb, yanğın olmayıb - Bakı Nəqliyyat Agentliyi

Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişin avtobusunun yanması barədə xəbəri təkzib edib. Gundeminfo.az-ın xəbərinə görə, Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

O bildirib ki, martın 21-də “BakuBus” MMC-yə aid iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib: “Hadisə səhər saat 6 radələrində avtobuslar Yasamal rayonu istiqamətində başlanğıc dayanacağa gedərkən Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində qeydə alınıb. Hadisə zamanı avtobuslarda sərnişin olmayıb, sürücülər isə xəsarət almayıb. Ehtiyyat tədbiri üçün hadisə yerinə ərazi üzrə Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissəsinin briqadası gəlsədə, hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb.

Qeyd edilənlərə əsasən bildiririk ki, “İveco” markalı sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və mövcud hadisənin təhrif olunmasıdır”.

Xatırladaq ki, Bakıda “İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsinin yanması barədə məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...