Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI

Azərbaycanlı əsir, girov və itkinlər... -

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 mart 2019-cu il tarixinə 3888 nəfərdir.

Dövlət Komissiyasının İşçi qrupundan Modern.az saytına verilən məlumata görə, rəsmi qeydiyyatından keçən itkin düşmüş şəxslərdən hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı 718 nəfərdir. Ümumilikdə itkinlərin 3622 nəfərini kişilər, 266 nəfərini qadınlar təşkil edir.

İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 266 nəfər, qocalar 326 nəfərdir.

Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir. Bunlardan 773-ü kişilər, 98-i qadınlardır.

Əsir-girov götürüldüyü bildirilən şəxslərin 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir.

Həmin mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır.

1 mart 2019-cu il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1477 nəfər olub. Onlardan hərbçilər 378 nəfər, mülki şəxslər 1099 nəfər təşkil edib.

Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin 224-ü uşaqlar, 364-ü qadınlar, 225-i qocalar olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...