“Gələcəkdə əmlakın sığortalanması geniş tətbiq ediləcək” - Hadı Rəcəbli

“Gələcəkdə əmlakın sığortalanması geniş tətbiq ediləcək” -

“Dünyanın hər yerində belə yanğınlar olur, müvafiq olaraq qarşısının alınması istiqamətində addımlar atılır. Dünyanın inkişaf etmiş ölkələrində sığorta mədəniyyəti formalaşıb. Azərbaycanda da bu sistem var. Məsələn, icbari tibbi sığorta və digər sığorta formaları mövcuddur. Ölkəmizdə 5 məcburi sığorta forması var. Gələcəkdə əmlakın sığortalanması halı da geniş şəkildə tətbiq ediləcək”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev müdrik addım ataraq “Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı məsələni nəzarətə götürdü, sahibkarlara dəymiş ziyana görə kompensasiya ödənilməsini tapşırdı: “Təsəvvür edin, o insanların hər biri fəlakətlə üzləşiblər, əmlakları yanıb, işsiz qalıblar. Prezident belə humanist addım ataraq onlara qayğı göstərmiş oldu. Bu, bir daha göstərdi ki, Prezident xalqın yanındadır. Dövlət başçısı bu cür addımları zaman-zaman atıb. Biz bunu yüksək qiymətləndiririk”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
597 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...