Rusiyada azərbaycanlı turistlərin ən çox səfər etdikləri şəhərlərin adları açıqlanıb

Rusiyada azərbaycanlı turistlərin ən çox səfər etdikləri şəhərlərin adları açıqlanıb

Rusiyada Azərbaycandan və digər ölkələrdən olan xarici turistlərin ən çox səfər etdikləri şəhərlərin adları açıqlanıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, xarici turistlərin ən çox səfər etdikləri şəhərlər Moskva və Sankt-Peterburq olub.

Moskva və "Şimal paytaxtı"ndan sonra turistlər əksər hallarda Novosibirskə, Yekaterinburqa və Krasnodara gedirlər.
Yerli ekspertlər "Aviasales"in məlumatlarına əsasən həmin istiqamətlərdə aviabiletlərin qiymətinin artdığını qeydə alıblar. Belə ki, Novosibirskə uçuşun qiyməti 75%, Krasnodara 63%, Moskvaya 55% və Sankt-Peterburqa 7% bahalaşıb.

Rusiyaya ən çox gələn xarici turistlərin ölkələrinin də adları açıqlanıb. Qeyd edilir ki, bura ən çox Türkiyədən,

Azərbaycandan, İsraildən, Qazaxıstandan və Ermənistandan səyahətçilər gəlirlər.

Bunlarla yanaşı, digər ölkələrdən də turistlərin Rusiyaya səyahət üçün bilet almaları qeydə alınıb. Bu ölkələr arasında Braziliya, Banqladeş, Kuba və Ekvador kimi dövlətlər var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...