Kəmaləddin Heydərov qubalılarla görüşdü - FOTOLAR

Kəmaləddin Heydərov qubalılarla görüşdü -

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 12-də Quba şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib. Gundeminfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşan məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Kəmaləddin Heydərov qubalılarla görüşdü -

Quba Heydər Əliyev Mərkəzində fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar da nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...