MSK bir neçə partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

MSK bir neçə partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb


Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bu il keçiriləcək Milli Məclisə seçkilərdə siyasi partiyaların səlahiyyətli nümayədələrinin qeydə alınması səsverməyə çıxarılıb.

“Report”un məlumatına görə, iclasda Yeni Azərbaycan Partiyasından (YAP) 2, Ümid Partiyasından 22, Milli Dirçəliş Hərəkatı Partiyasından 18, Müsavat Partiyasından 64, Ana Vətən Partiyasından (AVP) 11, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 17, Azərbaycan Sosial Demokrat Partiyasından 8 səlahiyyətli nümayəndə qeydə alınıb. Müsavat Partiyasının maliyyə məsələləri üzrə 4 səlahiyyətli nümayəndəsi də qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
944 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...