Kikboks üzrə 5 qat dünya çempionu barəsində daha bir cinayət işi başlanılıb

Kikboks üzrə 5 qat dünya çempionu barəsində daha bir cinayət işi başlanılıb

Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidovun barəsində daha bir cinayət işi başlanılıb. "Report"un xəbərinə görə, 294.1-ci (sübutları saxtalaşdırma, mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddəsi ilə ittiham irəli sürülüb.

E.Məcidovla birgə Samir İsayev də ittiham olunur. Hər iki şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb, Binəqədi Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fərid Əmirəliyevin icraatıan verilib. Qeyd edək ki, E.Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir və cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
717 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...