Sumqayıtda ağacları kəsən MMC ilə bağlı prokurorluğa müraciət edilib

Sumqayıtda ağacları kəsən MMC ilə bağlı prokurorluğa müraciət edilib

Sumqayıtda ağacları kəsən MMC ilə bağlı prokurorluğa müraciət edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Dənizkənarı bulvar ərazisində köküstə yaş 7 şam ağacının kəsildiyi aşkar edilib.

ETSN-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, araşdırma zamanı ağacların “Əmioğulları-4” MMC tərəfindən yaşayış binasının tikintisi ilə bağlı aparılan qazıntı işləri zamanı kəsildiyi müəyyən olunub. Faktla bağlı MMC barəsində akt tərtib olunub və təbiətə 4740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...