Dövlət Komitəsi anası tərəfindən döyüldüyü deyilən uşaqla bağlı araşdırmalara başlayıb FOTOLAR

Dövlət Komitəsi anası tərəfindən döyüldüyü deyilən uşaqla bağlı araşdırmalara başlayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) anası tərəfindən döyüldüyü deyilən uşaqla bağlı araşdırmalara başlanılıb.

Bu barədə “Report”a Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib. O bildirib ki, hadisə ilə bağlı AQUPDK-ya müraciət olunub: “Mayın 1-də Bakı şəhəri ərazisində 9 yaşlı uşağın valideyni tərəfindən döyülməsi ilə bağlı bizə müraciət olunub. Bu müraciət bizə uşağın yerləşdirildiyi sığınacaqdan daxil olub. Hazırda tərəfimizdən faktla bağlı araşdırmalara başlanılıb. Araşdırmalardan sonra hadisənin bütün predmetləri məlum olacaq”.

Qeyd edək ki, aprelin 30-da Bakıda polis tərəfindən tapılan 9 yaşlı uşaq “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına təhvil verilib. Uşaq anası tərəfindən mütəmadi olaraq döyüldüyünü və buna görə də evdən qaçdığını bildirib.

Dövlət Komitəsi anası tərəfindən döyüldüyü deyilən uşaqla bağlı araşdırmalara başlayıb
Dövlət Komitəsi anası tərəfindən döyüldüyü deyilən uşaqla bağlı araşdırmalara başlayıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...