Sumqayıtda kənd təsərrüfatı yarmarkası köçürüləcək

Sumqayıtda kənd təsərrüfatı yarmarkası köçürüləcək

Sumqayıtda kənd təsərrüfatı yarmarkasınının başqa əraziyə köçürülməsi planlaşdırılır.

Bu barədə Lent.az-a danışan Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev faktı təsdiqləyib. O bildirib ki, yaxın vaxtlarda yarmarkanın ərazisi dəyişdiriləcək: “Yarmarka “Daş bazarı” yaxınlığında ayrılan yerə köçürüləcək. Köçürülməyə səbəb isə 42-ci məhəllədə nəqliyyatın hərəkətinin sıx olmasıdır”. Bildirək ki, adıçəkilən yarmarka Sumqayıtda hər həftənin şənbə və bazar günləri keçirilir.

Xatırladaq ki, 2018-ci ilin noyabr ayında Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkası 42-ci məhəlləyə köçürülmüşdü. Buna səbəb isə yarmarkanın əvvəlki yerində satıcıların gigiyena qaydalarına əməl etməməsi və avtomobillərin süni tıxac yaratması göstərilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...