Azərbaycan ərazisində havanın temperaturu yüksəlir

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir


Sentyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 31-36 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam və gecə dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1039 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...