"Məktəblərdə intihar hadisələrinin səbəblərindən biri ailədaxili münaqişələrdir” - Nazir müavini

"Məktəblərdə intihar hadisələrinin səbəblərindən biri ailədaxili münaqişələrdir” -
“Son zamanlar orta məkəblərdə şagirdlərin intihara əl atmasının səbəbləri çoxdur. Bu səbəblərdən biri də ailədaxili mühitdir, münaqişələrdir. Bu mühit bəzi hallarda uşaqların psixikasını pozur. Belə olan zaman həkimlər işə qarışmalıdır”.

“Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.
Nazir müavininin sözlərinə görə, bəzən sarsıntılara məruz qalan məktəblilələrə müəllimlər tərəfindən yaxşı münasibət göstərilmir: “Bəzi hallarda müəllimlər şagirdlərə normal yanaşmır və şagirdlər də intihara cəhd edirlər. Təhsil Nazirliyini bu məsələlərə çox həssas yanaşır. Biz bununla bağlı tədbirlər planı hazırlayırıq. Məktəblərdə mühitin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında xüsusi planlar nəzərdə tutulub”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
799 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...