1000 tələbə pula görə ali məktəbdən imtina edib - Azərbaycanda

1000 tələbə pula görə ali məktəbdən imtina edib -


Bu il 1000-ə yaxın tələbə ali məktəbə qəbul olsa da universitetdən imtina edib.

Bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. TQDK rəsmisi bildirib ki, bu il ali məktəblərə qəbul olunmuş 32279 abituriyentdən 1000-ə yaxını ali təhsil müəssisələrindən imtina edib:“Qeydiyyatdan keçməyənlər əsasən dövlət ali məktəblərinin ödənişli ixtisaslarına, özəl ali məktəblərə və regionlardakı ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərdir”.

Əldə etdiyimiz məlumata görə, ali məktəbdən imtina edən tələbələrin əksəriyyəti qızlardır. Onlar ödənişli təhsil ala bilmədikləri üçün bu addımı atdıqlarını əsas gətirirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1230 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...