Daşkəsəndə güclü külək, dolu və leysan yağışları ciddi fəsadlar törədib - FOTOLAR

Daşkəsəndə güclü külək, dolu və leysan yağışları ciddi fəsadlar törədib -

Daşkəsən rayonu ərazisində 19 may 2019-cu il tarixdə saat 20-00 radələrində baş vermiş təbii fəlakət, dolu və leysan yağışla müşayiət olunan güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin, qəsəbə və kəndlərin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik şəbəkəsinin çoxsaylı dirəklərini və naqillərini yararsız hala salmış, rabitə və yaşıllaşdırma təsərrüfatına ziyan dəymişdir.

Gundeminfo.az-a daxil olan məlumata əsasən Qərb Regional Hidrometeorologiya Mərkəzinin direktorunun Daşkəsən Rayon İcra Hakimiyyətinə 58 nömrəli, 20.05.2019-cu il tarixli verdiyi arayışa əsasən rayon ərazisində 19.05.2019-cu il tarixdə saat 20-10 radələrindən başlayan küləyin maksimal sürəti 20-30 m/san olmuşdur.

Təbii fəlakət nəticəsində Daşkəsən şəhər S.Vurğun küçəsi 17, Tofiq İsmayılov 13, Nizami küçəsi 16,19, 20 saylı Xətai 6 yaşayış binalarının dam örtüklərinə ziyan dəymişdir. Eyni zamanda rayonun qəsəbə və kəndlərindəki yaşayış binalarına və sosial obyektlərə ciddi ziyan dəyərək dam örtükləri yararsız hala düşmüşdür.

Güclü külək Daşkəsən şəhərində xeyli sayda ağacı kökündən aşırmışdır. Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə komissiya tərəfindən müvafiq işlər aparılır. Dəymiş ziyanın nəticələrini radan qaldırmaq və təhlükəsizlik tədbirləri görülməsi üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunmuşlar.

Rayonun daxili imkanları hesabına dəymiş ziyanın aradan qaldırılması üçün bərpa işləri aparılır. Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.

Daşkəsəndə güclü külək, dolu və leysan yağışları ciddi fəsadlar törədib -
Daşkəsəndə güclü külək, dolu və leysan yağışları ciddi fəsadlar törədib -
Daşkəsəndə güclü külək, dolu və leysan yağışları ciddi fəsadlar törədib -
Daşkəsəndə güclü külək, dolu və leysan yağışları ciddi fəsadlar törədib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
533 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...