Əhəd Abıyev sakinlərlə növbəti səyyar qəbulunu keçirib - FOTOLAR

Əhəd Abıyev sakinlərlə növbəti səyyar qəbulunu keçirib -

Mayın 21-də rayonun Qabaqtəpə kəndində keçirilən səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlərin, təqaüdlərin və müavinətlərin, minimum əmək haqqının artırılması, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə imzaladığı sərəncam və fərmanlar haqqında geniş məlumat verib.

Əhəd Abıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət proqramlarının uğurla icrası nəticəsində Daşkəsən rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, yolların, körpülərin salınması, elektrik enerjisi, qaz, su təchizatının yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrin həyata keçirildiyini vurğulayıb.

Rayon rəhbəri xüsusilə qeyd edib ki, Qabaqtəpə kəndi ərazisində tikilmiş hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi 8 m olan müasir tipli 2 ədəd körpü 2015-ci ilin 24 dekabrında – möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ad günündə sakinlərin istifadəsinə verilmişdir. Hazırda isə Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun əsaslı surətdə yenidənqurulmasında son tamamlama işləri görülür, o cümlədən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması üçün müvafiq sənədlər işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Əhalinin elektrik enerjisi, rabitə və içməli su ilə təminatı, məşğulluğunun artırılması daim diqqətdə saxlanılır.

Çıxışında Əhəd Abyev Daşkəsən rayonu ərazisində 19 may 2019-cu il tarixdə saat 20:00 radələrində baş vermiş təbii fəlakət, dolu və leysan yağışla müşayiət olunan güclü külək əsməsi – qasırğa nəticəsində Daşkəsən şəhərinin, rayonun qəsəbə və kəndlərinin, o cümlədən Qabaqtəpə kəndinin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə, elektrik, rabitə və fərdi təsərrüfatlara ciddi ziyan dəydiyini qeyd edərək, yağışlı hava şəraitinin hazırda davam etməsinə baxmayaraq, rayonun daxili imkanları hesabına dəymiş ziyanların aradan qaldırılması üçün bərpa işlərinin aparıldığını bildirib.

Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirib, həmçinin onları narahat edən problemlərə toxunublar.

Müraciətlər təbii fəlakət nəticəsində sakinlərə məxsus fərdi yaşayış evlərinin dağılmış dam örtüklərinin bərpasına, dəymiş zərərlərin ödənilməsinə köməklik, kəndə təbii qaz xəttinin çəkilməsi, su keçidinin təmiri, Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri və digər şəxsi problemlərdən ibarət olmuşdur.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib. Müraciətlərin əksəriyyəti yerində həll edilib.

Kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Əhəd Abıyev sakinlərlə növbəti səyyar qəbulunu keçirib -
Əhəd Abıyev sakinlərlə növbəti səyyar qəbulunu keçirib -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...