Sürücünün boynuna tros keçirdilər

Sürücünün boynuna tros keçirdilər

Bakıda yol qəzası törədən sürücü saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 25-də saat 23:20 radələrində Neftçilər prospektində naməlum sürücü idarə etdiyi “Hyundai-Elantra” markal avtomobillə Bakı şəhər sakinləri - Esmira Məmmədova və Leyla İsmayılovanı vurub. Esmira Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Şərur rayon sakini, 1986-cı il təvəllüdlü Xəqani Həsən oğlu Qəribov tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1328 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...