Azərbaycanda 3 mindən çox xəstə bu əməliyyatı gözləyir

Azərbaycanda 3 mindən çox xəstə bu əməliyyatı gözləyir
Hazırda Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində buynuz qişanın patologiyasından əziyyət çəkən 3 mindən çox xəstə qeydiyyatdadır və onlar buynuz qişanın transplantasiyası əməliyyatını gözləyir.

Trend-in məlumatına görə, bunu Milli Oftalmologiya Mərkəzinin (MOM) şöbə müdiri, oftalmoloq-cərrah Fidan Ağayeva deyib.

O, əslində bu xəstələrin sayının daha çox olduğunu söyləyib.

F.Ağayeva qeyd edib ki, ötən ilin oktyabrından etibarən MOM-da buynuz qişanın transplantasiyası əməliyyatlarına başlanılıb: "Ötən müddətdə 40-a yaxın şəxs üzərində buynuz qişanın transplantasiyası əməliyyatı aparılıb. Əməliyyat üçün lazım olan göz buynuzu transplantı Ümumdünya Göz Bankı ilə imzalanan müqaviləyə əsasən, ölkəmizə ABŞ-dan gətirilir. Əvvəllər bu əməliyyatlar Azərbaycanda aparılmadığından, xəstələrimiz xarici ölkələrə üz tutmağa məcbur olurdular".

MOM-un cərrah-transplantoloqu Fərəh Abduləliyeva bildirib ki, transplantasiya əməliyyatı buynuz qişasının xorası, absesi nəticəsində baş verən deşilmə zamanı aparılmalıdır.

Onun sözlərinə görə, əvvəllər belə xəstələr əməliyyat üçün xaricə gedirdilər: "Lakin onların həkim nəzarəti altında olmasına ehtiyac var. Buna görə də onlar tez-tez xaricə getməli olurdular ki, bu da onlar üçün əlavə xərc yaradırdı. Buynuz qişa transplantasiyası aparılan xəstələrin 50-60 faizi cavanlardır. Bu xəstəlik insanlarda korluğa səbəb olur. Sonuncu dəfə ötən həftə 22 xəstəyə buynuz qişanın transplantasiyası əməliyyatı aparılıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...