Azərbaycan II Avropa Oyunlarında 80 idmançı ilə təmsil olunacaq - SİYAHI

Azərbaycan II Avropa Oyunlarında 80 idmançı ilə təmsil olunacaq -

“Minsk 2019” II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmaçılarının sayı və təmsil etdikləri idman növləri dəqiqləşib. “Report” xəbər verir ki, yarışlarda ölkəni 80 idmançı təmsil edəcək. Heyətdə həmçinin 32 məşqçi, 15 nəfər inzibati şəxs və 5 nəfər tibb işçisi yer alacaq.

Atletlərin idman növləri üzrə say bölgüsü aşağıdakı kimidir:

- Güləş 16 idmançı – sərbəst güləş 6 idmançı, yunan-roma güləşi 5 idmançı, qadın güləşi 5 idmançı;
- Gimnastika 13 idmançı – bədii gimnastikası 7 idmançı, batut və tamblinq gimnastikası 2 idmançı, aerobik gimnastikası 2 idmançı, idman gimnastikası 2 idmançı);
- Cüdo 13 idmançı (9 kişi, 4 qadın);
- Boks 11 idmançı (10 kişi, 1 qadın);
- Karate 7 idmançı (5 kişi, 2 qadın);
- Sambo 7 idmançı (6 kişi, 1 qadın);
- Atıcılıq 6 idmançı;
- Velosiped idmanı 5 idmançı – trek yarışları 1 idmançı, şosse yarışları 4 idmançı;
- Oxatma 1 idmançı;
- Kanoe idman növü 1 idmançı.
“Minsk 2019” II Avropa Oyunlarında iştirak edəcək idmançıların sayı 4000-dir. Onlar 200 medal dəsti üçün mübarizə aparacaqlar. Cədvələ uyğun olaraq kişilər üçün 91 yarış, qadınlar üçün 89 yarış, qarışıq isə 20 yarış keçiriləcək. Belarus 15 idman növü, 23 yarışa (discipline) ev sahibliyi edəcəkdir. Azərbaycan bu yarışlarda 10 idman növündə təmsil olunacaq.

Açılış mərasimi 21 iyun, bağlanış mərasimi 30 iyun “Dinamo” stadionunda baş tutacaq. Yarışlar 12 idman obyektində keçiriləcək. İdmançılar Tələbə Kəndi olan və Oyunlar üçün yenidən hazırlanmış Atletlər kəndində qalacaqlar. Atletlər kəndinin tutumu 6500 nəfərlikdir və 1 may tarixindən etibarən fəaliyyətə başlayıb.
II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək “Ulduz Səfir” tituluna əməkdar artist Tünzalə Ağayeva layiq görülüb. Azərbaycan nümayəndə heyətinin rəhbəri (chief de mission) Anar Bağırovdur. Onun müavini isə (deputy chief de mission) Ceyhun Rəhmanovdur.

İdmançıların siyahısı

Sport Type Surname Name

Atıcılıq Jafarov Emin
Atıcılıq Mekhtahetdinova Rigina
Atıcılıq Jafarova Nurlana
Atıcılıq Huseynli Ali
Atıcılıq Lunev Ruslan
Atıcılıq Nasirova Nigar
Badminton Qowimuramadhoni Azmy
Cüdo Huseynov Karamat
Cüdo Safarov Orkhan
Cüdo Shikhalizada Nijat
Cüdo Orujov Rustam
Cüdo Heydarov Hidayat
Cüdo Mehdiyev Mammadali
Cüdo Kotsoiev Zelym
Cüdo Gasimov Elmar
Cüdo Kokauri Ushangi
Cüdo Gurbanli Aisha
Cüdo Mammadaliyeva Gultaj
Cüdo Munkhtsedev Ichinkhorloo
JCüdo Kindzerska Iryna
Sərbəst güləş Aliyev Haji (65)
Sərbəst güləş
Gadzhiyev Nurmagomed (97)
Sərbəst güləş Asgarov Toghrul(74)
Sərbəst güləş Magomedov Jamaladdin (125)
Sərbəst güləş Hasanov Jabrayil (86)
Sərbəst güləş Amiraslanov Mahir (57)
Yunan-Roma güləşi GULIYEV SAKIT (60)
Yunan-Roma güləşi Abbasov Islam (87)
Yunan-Roma güləşi Jafarov Karim (67)
Yunan-Roma güləşi Nuriyev Orkhan (97)
Yunan-Roma güləşi Shariati Sabah (130)
Qadın güləşi Stadnik Mariya (50)
Qadın güləşi Kolesnik Alyona (57)
Qadın güləşi Gambarova Elmira (62)
Qadın güləşi Netreba Iryna(68)
Qadın güləşi Aliyeva Sabira (76)
Boks Huseynov Rufat
Boks Yusifzada Masud
Boks Aliyev Tayfur
Boks Chalabiyev Javid
Boks GAZIBAYOV Bakhtiyar
Boks SOTOMAYOR LORENZO
Boks Shakhsuvarly Kamran
Boks ALFONSO LOREN
Boks Mammadli Rahil
Boks Abdullayev Mahammad
Boks Jabrailova Maryam
Archery Gasimova Ozay
Cycling - Track OMELCHENKO SERGEY
Cycling - Road Jabrayilov Samir
Cycling - Road ASADOV ELCHIN
Cycling - Road Safarli Mikayil
Cycling - Road MIKAYILZADE MUSA
Canoe Manolica Maria-Lorena
Karate Heydarov Roman
Karate Farzaliyev Firdovsi
Karate Hasanov Rafiz
Karate Aghayev Rafael
Karate Gurbanli Asiman
Karate Aliyeva Nurana
Karate Zaretska Iryna
Sambo Samadov Aghasif
Sambo Khalilov Mehman
Sambo Garayev Javidan
Sambo Hasanov Emil
Sambo Abdullayev Abdulla
Sambo Huseynov Jeyhun
Sambo ZUTOVA GOZAL
Gymnstics - Rythmic AGHAMIROVA ZOHRA
Gymnstics - Rythmic BAYRAMOVA AYSHAN
Gymnstics - Rythmic HUMMATOVA ZEYNAB
Gymnstics - Rythmic AHMADBAYLI DIANA
Gymnstics - Rythmic PASHAYEVA ALIYA
Gymnstics - Rythmic SOROKINA DARYA
Gymnastics - Trampoline GRISHUNIN ILYA
Gymnastics - Trampoline AGHAMIROV RUSLAN
Gymnastics - Acrobatic GURBANLI RUHIDIL
Gymnastics - Acrobatic AL-MASHAYKHI ABDULLA
Gymnastics - Artistic TIKHONOV IVAN
Gymnastics - Artistic NEKRASOVA MARINA



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...