Avropa Parlamentinin İngiltərədən olan üzvü: "Azərbaycan təhlükəsiz ölkədir"

“Azərbaycana gələndə təhlükəsizliklə bağlı narahat idim. Amma gördüm ki, Azərbaycan artıq təhlükəsiz ölkədir”.
“Report” xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Avropa Parlamentinin İngiltərədən olan üzvü Netan Gill bildirib.


N.Gill qeyd edib ki, o, küçədə çox rahat gəzir: “Küçədə mən çox rahat gəzirdim. Dünən şəhərdə ailələrin Respublika Günündə necə rahat gəzdiyini görürdüm. Bu, təhlükəsizliyin göstəricisidir”.

"Bilmirdim ki, Azərbaycan necə inkişaf edib. Artıq Azərbaycana səfər etdim və bunu gördüm. Qayıdanda bunu deyəcəm. Bu, həm də lobbi fəaliyyəti olacaq” - deyə, o əlavə edib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...