Xoşbəxt Yusifzadə: "AÇG-dən 280,4 mln.ton mənfəət nefti satılıb"

Xoşbəxt Yusifzadə: "AÇG-dən 280,4 mln.ton mənfəət nefti satılıb"

İşlənmənin əvvəlindən (1997-ci il) bu il mayın 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 483 mln.ton neft hasil edilib ki, onun da 280,4 mln.tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.

“Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında "Xəzər dənizinin Ofşor yataqlarında 70 illik hasilat tarixi" sessiyasında bildirib.

Onun sözlərinə görə, blokdan hasil edilən neftin 58%-i Azərbaycanın payına düşür. X.Yusifzadə deyib ki, mayın 1-dək AÇG-dən hasil edilən qazın həcmi 157 mlrd.kubmetr təşkil edib. O, həmçinin qeyd edib ki, bu il mayın 1-dək dünya bazarlarına 508 mln.ton neft çıxarılıb ki, onun da 385 mln. tonu Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ixrac edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...