Alpaqut Federasiyasının rəhbərliyi sosial tədbirdə iştirak edib - FOTOLAR

Alpaqut Federasiyasının rəhbərliyi sosial tədbirdə iştirak edib -

"Rifah Gold" Mərkəzinin 1 iyun Uşaq Gününə həsr edilmiş tədbirdə Azərbaycan Alpaqut Federasiyası da təmsil olundu.

Bu gün "Rifah Gold" Psixoloji Reabilitasiya və Nitq İnkişafı Mərkəzi tərəfindən Azərbaycan Dillər Universiteti 3 saylı tədris binasının akt zalında "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" adlı sosial yönümlü tədbir keçirildi.
Tədbiri "Rifah Gold" Psixoloji Reabilitasiya və Nitq İnkişafı Mərkəzinin rəhbəri Vüsalə Səfərəliyeva açaraq, bu gün autizm xəstəliyyindən əziyyət çəkən uşaqlararın istedadları nümayiş etdiriləcəyini bildirdi.

Autizm xəstəliyyindən əziyyət çəkən uşaqlararın ifasında vətənpərvərlik mövzusunda mahnılar, müxtəlif musiqi nömrələri təqdim edildi.

Tədbirdə Azərbaycan Alpaqut Federasiyasının rəhbərliyi və Suraxanı idmançıları da təmsil olunurdular. Federasiyanın prezidenti Qüdrət Nuriyev çıxış edərək, bu cür sosial tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu qeyd etməklə, "Rifah Gold" Psixoloji Reabilitasiya və Nitq İnkişafı Mərkəzinə gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

Tədbirdə həmçinin Alpaqut Federasiyasının birinci vitse prezidenti Nuranə xanım Şixəliyeva, təşkilati və hümanitar məsələlər üzrə vitse prezident Fəraim Sadiq və Federasiyanın Hakimlər Komitəsinin sədri Elşən Məmmədov da iştirak edirdi. Sonra Suraxanı alpları tədbir iştirakçıları önündə Alpaqut döyüş sənəti üzrə nümunəvi çıxışlar etdilər.

Alpaqut Federasiyasının rəhbərliyi sosial tədbirdə iştirak edib -
Alpaqut Federasiyasının rəhbərliyi sosial tədbirdə iştirak edib -
Alpaqut Federasiyasının rəhbərliyi sosial tədbirdə iştirak edib -
Alpaqut Federasiyasının rəhbərliyi sosial tədbirdə iştirak edib -
Alpaqut Federasiyasının rəhbərliyi sosial tədbirdə iştirak edib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...