Daşkəsəndə “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi

Daşkəsəndə “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş  tədbir keçirildi


01 iyun 2019-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin ilə birgə təşkilatçılığı ilə şəhərin Heydər Əliyev meydanında “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Daşkəsən rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun mədəniyyət müəssisələrinin, rayon Gənclər və İdman idarəsinin, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivi, valideynlər iştirak etdi.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev çıxış edərək Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin adından “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik etdi və onlara göstərilən diqqət və qayğıdan danışdı.

Qeyd etdi ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək barədə qərar qəbul olunub. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur.

Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir.

Bu gun uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda bağçalar əsaslı təmir olunur, onların maddi-texniki təchizatı yaxşılaşdırılır.
Sonra bayram tədbirində incəsənət ustaları ilə yanaşı, istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirildi.
Daşkəsəndə “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş  tədbir keçirildi
Daşkəsəndə “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş  tədbir keçirildi
Daşkəsəndə “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş  tədbir keçirildi






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
776 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...