Piyadanı vuraraq öldürən polis əməkdaşının işi məhkəməyə göndərilib

Piyadanı vuraraq öldürən polis əməkdaşının işi məhkəməyə göndərilib


Bakıda ölümlə nəticələn ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlizadə Əşrəf İbrahim oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ONA-nın məlumatına görə, Ə. Əlizadə barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Tural Ələkbərovun icraatına verilib və məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək. Qeyd edək ki, martın 30-da Nərimanov rayonu, Ziya Bünyadov prospektində, Olimpiya stadionu yaxınlığında qeydə alınıb.

Məlumata görə, yolu piyadalar üçün qadağan olunmuş yerdən keçmək istəyən 1970-ci il təvəllüdlü İbrahimov Vüqar Sabir oğlunu sürücü Əlizadə Əşrəf İbrahim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Onu da qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, qəzanı törədən sürücü polis əməkdaşıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...