Umayra Tağıyeva: Ramazan bayramı günlərində havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Umayra Tağıyeva: Ramazan bayramı günlərində havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycanda Ramazan bayramı günlərində müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “Report”a açıqlamasında bildirib ki, iyunun 5-6-da ölkə ərazisində hava yağmursuz keçəcək.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında iyunun 5-də günəşli hava şəraiti gözlənilir: “Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 31-36 dərəcə isti təşkil edəcək. İyunun 6-da şimal küləyinin sürəti arabir 18-20 metrə çatacaq. Həmin günün temperaturu da 31-36 dərəcə isti olacaq.

Rayonlarda da hava yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə lokal qısa müddətli şimşək, yağış ehtimalı var. Əksər rayonlarda yağmursuz və isti hava şəraiti müşahidə olunacaq.

Aran rayonlarında iki gün ərzində kifayət qədər yüksək temperatur gözlənilir. Maksimal temperatur 34-39 dərəcəyə qədər yüksələcək. Respublikanın dağlıq ərazilərində 25-30 dərəcə isti təşkil edəcək. Bu həftə sonuna qədər hava şəraitində ciddi dəyişikliklər gözlənilmir. Yüksək temperatur yaxın 3-4 gün ərzində davam edəcək.”.

U.Tağıyeva qeyd edib ki, keçən ilin iyun ayının ilk günlərində Bakıda havanın temperaturu 24-25 dərəcə təşkil edirdi: “Bu ilin iyun ayında isə keçən illə müqayisədə 8-10 dərəcə yüksəkdir. Hazırda Bakıda 35 dərəcə isti müşahidə olunur. İqlim norma ilə müqayisədə havanın temperaturu təxminən 5-6 dərəcə yüksəkdir. ”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
568 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...