Azərbaycanda qoruqlarla bağlı yeni qurumun yaradılması təklif edilib

Azərbaycanda qoruqlarla bağlı yeni qurumun yaradılması təklif edilib

Dövlət Turizm Agentliyi Azərbaycanda qoruqların fəaliyyəti ilə bağlı yeni qurumun yaradılmasını təklif edib.
Trend-in məlumatına görə, bunu agentliyin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, Dövlət Turizm Agentliyinin tabeliyində qoruqlarla bağlı publik hüquqi şəxs qismində Qoruqların İdarəetmə Mərkəzinin yaradılmasını təklif ediblər:

"Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Qoruqların həmin mərkəz vasitəsilə idarəolunması təklif edilir. İstəyirik ki, proseslər şəffaf keçsin. Qoruqlarda turniketlər quraşdırılacaq və biz qoruqların bütün gəlirlərini görəcəyik. Həmin mərkəzin gəlirləri ehtiyacı olan başqa qoruqların inkişafı üçün yönəldiləcək".

F.Nağıyev əlavə edib ki, hazırda Dövlət Turizm Agentliyinin tabeliyində 7 qoruq fəaliyyət göstərir. Qoruqların bəzilərində müəyyən işlərinin görülməsinə ehtiyac var.

Agentlik sədrinin məlumatına görə, artıq "Yanardağ"da muzey, uşaqlar üçün əyləncə məkanları, kafe, 500 nəfərlik amfiteatr yaradılıb: "Hesab edirəm ki, "Atəşgah"ı da turistlər üçün cəlbedici etmək üçün nələrsə yaradılmalıdır. Yaxın zamanlarda orada muzey, uşaqlar üçün əyləncə məkanı yaradacağıq. Qoruqlara giriş 18 yaşa qədər uşaqlar üçün pulsuz, yerli əhali üçün indiki kimi 2 manat olacaq. Amma əcnəbilər üçün qiyməti bir qədər fərqləndirmək istəyirik. Bu təcrübə başqa ölkələrdə də var. Müşahidə edirik ki, hər ay 15 min turist "Yanardağ"a, 20 mindən çox turist "Atəşgah"a gəlir"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...