Ər və arvad eyni avtomobili sürərkən hansı sənəd tələb oluna bilər?- AÇIQLAMA

Ər və arvad eyni avtomobili sürərkən hansı sənəd tələb oluna bilər?-


Ailədə bir avtomobil varsa, onu sürmək üçün ər və arvadın hansı hüquqları var? Etibarnamə hansı halda təqdim olunmaya bilər? Ümumiyyətlə avtomobil qadın və ya kişinin adınadırsa, digəri etibarnamə olmadan bu avtomobili sürə bilərmi?

“Avtomobilin qeydiyyat şəhadətnaməsi kişinin (qadının) adınadırsa, həmin avtomobili digəri etibarnaməsiz sürə bilər”.

Bu sözləri İnsider.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov ailədə ər və arvadın hansı halda etibarnamə olmadan avtomobili sürmək hüququ məsələsinə aydınlıq gətirərkən deyib.

“Əgər avtomobil ailədən olmayan başqa birinin adınadırsa və ər və ya arvaddan birinin adına verilmiş etibarnamə varsa, həmin avtomobili etibarnamə olmayan digəri sürə bilməz. Etibarnamə mütləq hüququn olmadığına görə müəyyən müddətə verilən sənəddir. Qadın və ya kişidə yalnız etibarnamə varsa, digəri hər ikisi avtomobildə olduğu zaman etibarnaməsiz sürə bilər.

Nikah şəhadətnaməsi ər-arvad üçün həm də etibarnamədir. Əgər ər və arvadın nikah şəhadətnaməsi varsa, etibarnamə olmadan ikisi də digərinin avtomobilini sürmək hüququna malikdir Ailə məcəlləsinin 32-ci, mülki məcəllənin 225-ci maddələrinə əsasən ər və arvadın birgə nikah dövrlərində əldə etdikləri bütün əmlaklar hər ikisinə aiddir. Qeydiyyat şəhadətnaməsində onlardan birinin adı varsa, o biri də sürə bilər. Bu hüquq ailə üzvlərindən yalnız ər-arvada aid edilir. Bu hüquq övlad üçün keçərli deyil. Bunu sübut etmək üçün sənəd tələb olunduğu zaman nikah şəhadətnaməsi təqdim edilməlidir.

Qeyd etmək lazımdır ki, təkcə nikah şəhadətnaməsənin göstərilməsi kifayət etmir. Avtomobil nikah bağlanmamışdan öncə alınıbsa və onun ümumi mülkiyyət hüququ yoxdursa, notarial qaydada təsdiq edilən daşınan əmlakın ümumi mülkiyyət hüququna malik olmasını göstərən sənəd olmalıdır”, - deyı ekspert bildirib.

Etibarnaməsi olmadan avtomobili sürən şəxs qaydaları pozduğu halda isə həmin inzibati protokol kimin adına yazılır?

Ərşad Hüseynov etibarnamə olmadan avtomobili sürən şəxsin qaydaları pozduğu halda protokolun hansı şəkildə yazıldığına əsasən dəyişdiyini bildirib.

“Etibarnaməsi olmadan avtomobili sürən şəxs qaydaları pozduğu halda yol polis müfəttişi saxlayıbsa, avtomobili kim sürürsə, cərimə həmin şəxsin üzərinə yazılır. Amma kameralardan müəyyən olunub elektron qərar gəldikdə DYP-nin mərkəzi informasiya sistemində istifadəçi kimi kimin adı qeyd olunubdursa, cərimə onun adına göndərilir. Əgər həmin qərardan sonra adına cərimə yazılan şəxs şikayət yazaraq sükan arxasında olmadığını müəyyənləşdirsə, həmin şikayət əsasında onun adına olan cərimə ləğv olunub faktiki olaraq sürən şəxsin adına yeni qərar tərtib edilir”, - deyə ekspert aydınlıq gətirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2348 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...