Tanınmış gimnastlar azarkeşləri azərbaycanca salamladılar - VİDEO

Tanınmış gimnastlar azarkeşləri azərbaycanca salamladılar -

Dünyanın tanınmış gimnastları azarkeşləri Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatına dəvət edirlər.

Oxu.Az xəbər verir ki, rusiyalı gimnastlar Dina və Arina Averinalar, həmçinin, israilli Linoy Aşram və digərləri bədii gimnastika həvəskarlarını elə azərbaycanca salamlayaraq yarışlara çağırıblar:

“Salam, Bakı”; “Mən sizi dünya çempionatına dəvət edirəm”.

Qeyd edək ki, dünya çempionatı Azərbaycan paytaxtında 16-22 sentyabr tarixlərində keçiriləcək. Turnir Olimpiya Oyunları-2020-yə lisenziya xarakteri daşıyacaq. Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum iki gimnast olmaqla) lisenziya əldə edə biləcək. Qrup hərəkətləri komandalarına gəldikdə isə, çoxnövçülük xalları üzrə daha beş ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...