Əhəd Abıyev Bayan kəndində sakinlərlə görüşdü - FOTOLAR

Əhəd Abıyev Bayan kəndində sakinlərlə görüşdü -

GUNDEMINFO.AZ xəbər verir ki, iyunun 12-də Bayan kəndində keçirilən vətəndaşların növbəti səyyar qəbulunda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Bayan kənd sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü bildirmişdir.

Qeyd etmişdir ki, ötən dövrlərdə kənddə tam müasir tələblərə cavab verən yeni məktəb binası tikilmiş, abadlıq işləri aparılmış, əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması və qazlaşdırma sahəsində problemlər aradan qaldırılmışdır.

Əhəd Abıyev çıxışında xüsusilə vurğulamışdır ki, hazırda Bayan kəndinin turizm potensialından səmərəli istifadə edilməsi prioritet olaraq qarşıya qoyulub. Bu məqsədlə Bayan kənd sakinlərinə məxsus 10 evin seçilərək təmiri və sonra da onların turistlərə icarəyə verilməsi pilot olaraq nəzərdə tutulub. Bu istiqamətdə əməli işlərin görülməsinə yaxın vaxtlarda başlanacaqdır.

Eləcə də, Dövlət Turizm Agentliyinin həyata keçirəcəyi “Təmiz kənd” layihəsi çərçivəsində Bayan kəndində yerləşən tarix-mədəniyyət abidələrinə gedən yollarda müvafiq abadlıq işlərinin görülməsi üçün Agentliyin əməkdaşları monitorinqlər aparıb və qiymətləndirmədən sonra konkret tədbirləri özündə əks etdirən layihə hazırlanacaqdır.

Qəbulda kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınmışdır. Müraciətlər kənd ərazisində olan nasaz elektrik dayaqlarının dəyişdirilməsi, uşaq bağçasının, kənd tam orta məktəbinin əsaslı təmir edilməsi, kəndarası yolların təmiri, işlə təmin olunma və digər şəxsi məsələlər ilə bağlı olmuşdur.

Çıxışlarda müxtəlif məsələlərlə bağlı arzu və təkliflərlə yanaşı ölkədə və rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, yeni yaradılan müasir yol infrastrukturu, kəndə təbii qaz xəttinin çəkilməsi, qəbulun keçirildiyi ümumi orta məktəbin yeni müasir tipli binası tikintisi barədə razılıqla danışmışlar, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunan qərarları yüksək qiymətləndirilmişlər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını vermişdir. Əksər müraciətlər yerində müsbət həllini tapmışdır.

Səyyar qəbuldan razı qalan kənd sakinləri onların müraciətlərinə baxılmasına, qaldırdıqları məsələlərin yerində araşdırılmasına, onları narahat edən problemlərin həllinə görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Əhəd Abıyev Bayan kəndində sakinlərlə görüşdü -
Əhəd Abıyev Bayan kəndində sakinlərlə görüşdü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
574 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...