Daşkəsəndə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa

Daşkəsəndə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa

İyunun 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanov xalqımızın həyatında bu günün böyük tarixi əhəmiyyəti və 1993-cü ildə ölkəmizdə yaranmış vəziyyətlə bağlı geniş məlumat verib.

O, qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olmuşdur. Tale elə gətirib ki, 1991-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, anarxiya dövrü kimi xatırlanır. Həmin dövrdə yalnız bir çıxış yolu var idi.

Bu çıxış yolu görkəmli dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahat olan xalqın ziyalıları ulu öndər Heydər Əliyevə müraciət ünvanladılar. Xalq Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb edirdi. Bu müraciətləri nəzərə alan dahi rəhbər Bakıya qayıtdı. Bu qayıdış xalqın istəyi, tarixi zərurət idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin təhlükələrdən xilas olacağına inamı artırdı.

Namiq Süleymanov habelə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bugünkü sürətli inkişafından da danışıb.

Digər çıxış edənlər də bildiriblər ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilib. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanın inkişafını daha da sürətləndirib. Bu isə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamlığından xəbər verir.

Tədbirin sonunda “Qurtuluş mübarizəsinin qalibi” adlı sənədli film nümayiş olunmuşdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...