İcra başçısı Yolqullar sakinləri ilə görüşdü - FOTOLAR

İcra başçısı Yolqullar sakinləri ilə görüşdü -
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev Yolqullar kənd sakinləri ilə səyyar qəbulu keçirilmişdir
Təsdiq olunmuş qrafikə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problem və müraciətlərinin yerində həllinin tezləşdirilməsi əhali tərəfindən razılıqla qarşılanır.

25 iyun 2019-cu il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Yolqullar kənd sakinləri ilə səyyar qəbul keçirmişdir. Kənd ərazisində açıq havada baş tutan qəbulda rayonun başçısı Əhəd Abıyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edirdilər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kənd sakinlərini salamdıqdan sonra çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Daşkəsən rayonunun Zağalı-Kollu-Çıraqlı avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı Sərəncamın icrasının uğurla başa çatdırılması nəticəsində kənd sakinlərinin rayon mərkəzinə müasir səviyyədə əsaslı təmir olunan asfalt yolla rahat gedib-gəlməsini ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirdi.

Görüşdə kənd sakinlərinin qaldırdığı problemlər ilə maraqlanan və onları dinləyən RİH Başçısı Əhəd Abıyev aidiyyəti orqanlara müvafiq tapşırıqlar verdi, bəzi müraciətlər isə yerindəcə müsbət həll olundu.

Səsləndirilən müraciətlərə aydınlıq gətirən Əhəd Abıyev hazırda dövlətimiz tərəfindən kəndlər, onların perspektiv hərtərəfli inkişafı ilə bağlı çoxlu sayda proqramların həyata keçirildiyini, mərhələ-mərhələ reallaşdırılan həmin layihələrin bütün kənd yaşayış yerlərini əhatə edəcəyini vurğuladı.

Yolqullar kənd sakinləri vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etdilər.
İcra başçısı Yolqullar sakinləri ilə görüşdü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...