Əmək Müfəttişliyi “Binəqədi Residence” MMC-ni cərimələyib

Əmək Müfəttişliyi “Binəqədi Residence” MMC-ni cərimələyib

Dövlət Əmək Müfəttişliyi Xidməti “Binəqədi Residence” MMC-ni inzibati qaydada cərimələyib.

"Report"un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, bu inzibati xətaya görə, fiziki şəxslər min manatdan iki min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Şirkət Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şirkəti verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...