SOCAR da qonşuda benzini bahalaşdırdı

SOCAR da qonşuda benzini bahalaşdırdı
Gürcüstanda fəaliyyət göstərən neft şirkətlərinin böyük hissəsi yanacaq qiymətlərini yüksəldib.

Axar.az xəbər verir ki, buna səbəb kimi milli valyutanın dəyər itirməsi göstərilib.

Neft Məhsulları İdxalçıları İttifaqının məlumatına görə, son dövrlərdə beynəlxalq yanacaq qiymətləri də yüksəlib.

“REGULAR” (А-92) markalı benzinin qiyməti 5 tetri artıb. SOCAR-ın Gürcüstandakı şəbəkəsində yeni qiymət 2.48 lari, “Vissol” şirkətində 2.54 lari, “Lukoyl”da 2.46 lari, “Qalf”da isə 2.54 lariyə bərabər olub.

Digər benzin növləri və dizel yanacağının qiyməti 3-6 tetri artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...