Zakir Qaralov Bakıya yeni hərbi prokuror təyin etdi

Zakir Qaralov Bakıya yeni hərbi prokuror təyin etdi
Bakıya yeni hərbi prokuror təyin edilib.

"Report"un məlumatına görə, bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Bakı şəhərinin hərbi prokuroru vəzifəsinə təyin olunub.
Bundan əvvəl o, Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.

Faktı Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...