Azərbaycandakı dini vəziyyət Vaşinqtonda müzakirə olunacaq

Azərbaycandakı dini vəziyyət Vaşinqtonda müzakirə olunacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-a səfərə gedib.

"Report"un məlumatına görə, Dövlət Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 16-18-də Birləşmiş Ştatların paytaaxtı Vaşinqton şəhərində keçiriləcək Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak edəcək.

Konfrans çərçivəsində “Azərbaycan – dini tolerantlıq modeli” mövzusuna həsr olunan "dəyirmi masa"nın təşkili planlaşdırılır. ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun da iştirak edəcəyi konfransa 100-dən artıq ölkə və 10-dan çox beynəlxalq təşkilatdan təmsilçilər, hökumət nümayəndələri, nazirlər, vətəndaş cəmiyyəti üzvləri, nüfuzlu din xadimləri və dini liderlər qatılacaqlar.

Nümayəndə heyətinin səfəri iyulun 21-də bş çatacaq.

Qeyd edək ki, sayca ikincisi keçiriləcək konfransda Azərbaycan ilk dəfədir iştirak edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...