Nazirlik: Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar 41 Təcili Tibbi Yardım briqadası ayrılıb

Nazirlik: Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar 41 Təcili Tibbi Yardım briqadası ayrılıb
Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən ,15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə, müəyyən olunan yerlərdə 41 Təcili Tibbi Yardım briqadaları növbə çəkəcəklər.
Nazirlikdən "Report"a verilən məlumata görə, bu, ayın 29-na qədər davam edəcək.
Bundan əlavə bu tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub. Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər.
Əgər yarış iştirakçılarından yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
57 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...