İyul ayında 8 qida zəhərlənməsi qeydə alınıb

İyul ayında 8 qida zəhərlənməsi qeydə alınıb

“İyul ayında 8 qida zəhərlənməsi halı qeydə alınıb”.

Bunu APA-ya açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva deyib. O bildirib ki, zəhərlənənlərdən 6-ı kişi, 2-i qadındır:

“Bir neçə gün öncə “Sədərək” Ticarət Mərkəzinin “Meyvəli” bazarındakı zəhərlənmə ilə bağlı 5 kişi müraciət edib. Onlar lavaşda soyutma yumurtadan zəhərlənmişdi. Bundan başqa, iyulun 23-dək 1 kişi qarışıq yeməkdən, 2 qadın isə qarpızdan zəhərlənib”.

Qeyd edək ki, ötən ay 17 zəhərlənmə halı qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
517 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...