Moskvada kassir müştərinin 41 milyon rublunu mənimsədi

Moskvada kassir müştərinin 41 milyon rublunu mənimsədi

Rusiyanın hüquq-mühafizə orqanları müştəridən 41 milyon rubl (1,1 milyon manat) oğurlayan pul dəyişmə məntəqəsinin işçisini axtarır.

Moskva polisinin mətbuat xidmətindən “RİA Novosti”yə məlumat veriblər ki, Yeliseyev döngəsində yerləşən pul dəyişmə məntəqəsinə inkasatorlarla birlikdə bir şirkət direktoru gəlib.

Sahibkar 41 milyon rublu dollara dəyişmək niyyətində olub. Kassir lazımi məbləğin əldə olmamasını bildirərək bir qədər gözləməyi xahiş edib. Sonra o pulları götürüb qaçıb.

“Həmin qadın federal axtarışa verilib”, - deyə, mənbədən bildiriblər.

Məsələylə bağlı cinayət işi qaldırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...