19 min müəllimdən üçü maksimum bal topladı

19 min müəllimdən üçü maksimum bal topladı

Builki müəllimlərin işə qəbulu imtahanlarında 41 288 namizəd iştirak edib. İmtahanda iştirak edən namizədlərdən 18 881 namizəd (46 faiz) uğur qazanaraq, növbəti mərhələyə vəsiqə qazanıb.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva mətbuat konfransında deyib.

Onun sözlərinə görə, uğur qazanan namizədlər arasında üç nəfər maksimal (60 bal) nəticə göstərib:

“Bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib. Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər”.

“Təkrar iştirak edən namizədlərin əksəriyyəti keçən ilki nəticələrdən daha yüksək nəticə qazanıblar”, - deyə nazir müavini qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...