MİQ-29-un axtarışları üçün gələn türk mütəxəssislər yol çıxdı

MİQ-29-un axtarışları üçün gələn türk mütəxəssislər yol çıxdı
İyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin axtarışlarında iştirak edəcək türkiyəli mütəxəssislər Azərbaycana yola düşüblər.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Heyətə Türkiyənin Dəniz Donamasına aid Sualtı Axtarış Xilasetmə Dəstəsinin 10 əməkdaşı daxildir.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Pilot Rəşad Atakişiyevin taleyindən məlumat yoxdur.

Təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.

Əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyə Respublikasının aidiyyəti qurumlarına da müraciət olunmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
537 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...